RU
İrkutskda 17 sərnişinin olduğu avtobus Baykal gölünə düşüb
15:50
63

İrkutskda 17 sərnişinin olduğu avtobus Baykal gölünə düşüb

İrkutsk vilayətinin Olxon rayonunda sərnişinlərlə dolu mikroavtobus yamacdan Baykal gölünə yuvarlanıb.

7News.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə RF DİN-in regional idarəsindən bildirilib.

"İlkin məlumatlara görə, bu gün gündüz saatlarında mikroavtobus özbaşına hərəkətə başlayıb və yamacdan Baykal gölünə yuvarlanıb. Hadisə baş verən zaman salonun içində insanlar olub. Onlar xəsarət alıblar", - məlumatda deyilir.

Hadisə yerinə təcili yardım xidmətlərinin əməkdaşları gəliblər. Mikroavtobusda 17 sərnişin olub. Onlardan bəzilərinə tibbi yardım göstərilib. Qəzanın səbəbləri araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ