RU
İrlandiya Metaya 265 milyon avro cərimə tədbiq etdi
17:22
344

İrlandiya Metaya 265 milyon avro cərimə tədbiq etdi


7NEWS.az xəbər verir ki, Audit təşkilatı tərəfindən edilən açıqlamada Avropadakı mərkəzi ofisi İrlandiyanın paytaxtı Dublində olan Meta-nın təxminən 500 milyon müştərisinin bəzi məlumatlarının sızdırılması ilə bağlı təhlükəsizliklə bağlı səhlənkarlığın olduğu bildirilib. Açıqlamada, qərarın Aİ daxilində bütün digər məlumatların qorunmasına nəzarət orqanları ilə əməkdaşlıq da daxil olmaqla, geniş araşdırma prosesindən sonra qəbul edildiyi vurğulanıb. 2021-ci ilin aprelindən aparılan araşdırma nəticəsində Metanın ümumilikdə 265 milyon avro (275 milyon dollar) məbləğində cərimə olunduğu bildirilib. "Facebook”, "Instagram” və "WhatsApp” sosial şəbəkələrinin sahibi Meta tərəfindən keçən ay verdiyi açıqlamada, işçi qüvvəsinin yüzdə 13-nə bərabər olan 11 min işçinin işdən çıxarılmasının planlaşdırıldığı bildirilmişdi.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ