İrlandiyanın paytaxtı Dublində restorana silahlı hücum nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb. Səlahiyyətlilər 'çətə ilə əlaqəli' hücum ehtimalını nəzərdən keçirir.
7NEWS.az xəbər verir ki, İrlandiyanın paytaxtı Dublində restorana silahlı hücum nəticəsində 20 yaşlarında bir kişi ölüb, daha bir nəfər isə ağır yaralanıb. Dekabrın 24-ü bazar günü yerli vaxtla saat 20:00 radələrində Blanchardstown şəhərindəki Browne's Steakhouse-a edilən hücumda yaralanan iki nəfər Ceyms Konolli Memorial Xəstəxanasına aparılıb.
7NEWS.az








