RU
İşə qəbul olunan müəllimlərin adı açıqlandı
14:20
570

İşə qəbul olunan müəllimlərin adı açıqlandı

Azərbaycanda müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri açıqlanıb.

7news.Az xəbər verir ki, Təhsil Nazirliyindən report-a verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun mərhələsi (müsahibə) başa çatıb. Namizədlərin nəticələri şəxsi səhifələrinə göndərilib. Müsahibədən uğurla keçib müəllim adını qazanan namizədlər sentyabrın 5-dək təyin olunduqları müəssisələrdə və ya yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.

Müvafiq keçid balını toplayan, lakin müsahibə mərhələsindən keçməyən namizədlər 5-7 sentyabr tarixlərində keçiriləcək növbəti yerləşdirmədə iştirak edə bilərlər.

Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 29-30 avqust tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt” xidməti, telefon: 146) zəng edə, [email protected] və Vətəndaşların Qəbulu Mərkəzi vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Apellyasiyanın keçiriləcəyi vaxt və yer barədə məlumat namizədin şəxsi səhifəsinə göndəriləcək.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ