RU
İsgəndər Həmidov Tural Abbaslını VURMAQ İSTƏDİ - ŞOK GÖRÜNTÜLƏR/VİDEO
10:36
552

İsgəndər Həmidov Tural Abbaslını VURMAQ İSTƏDİ - ŞOK GÖRÜNTÜLƏR/VİDEO

Aprelin 1-də Azərbaycan Xalq Hərəkatının növbəti iclası olub.

Musavat.com xəbər verir ki, toplantı xeyli gərgin atmosferdə keçib. İclasda

qarşıdurmalar yaşanıb. Sabiq daxili işlər naziri İsgəndər Həmidov Milli

Dövlətçilik Partiyasının sədri Nemət Pənahının hərəkatın idarə heyəti

üzvlüyündən çıxarılması məsələsini qoyub. AXH-nin dönəm sədri, AĞ

Partiya başqanı Tural Abbaslı, VİP sədri Əli Əliyev və keçmiş hərəkatçı

Bəxtiyar Tuncay N.Pənahlının çıxarılmasının əleyhinə, digər üzvlər lehinə

olublar. Səsvermə nəticəsində N.Pənahlı AXH-dən uzaqlaşdırılıb.

İ.Həmidov bunun ardından T.Abbaslının hərəkatın idarə heyətindən

uzaqlaşdırılması təklifini verib. Sabiq nazir arqument kimi T.Abbaslının

gənc və yaşlı siyasətçilərlə bağlı "Yeni Müsavat"a verdiyi açıqlamanı və

digər partiyalarla görüşməsini göstərib. T.Abbaslı təklifin əleyhinə çıxaraq

bunun hərəkatın əsasnaməsinə zidd olduğunu bildirib. İ.Həmidovun təklifi

keçməyib və AXH-nin dönəm sədri idarə heyəti üzvü kimi qalıb.

Musavat.com bildirir ki, bundan sonra hər iki siyasətçi arasında qarışıqlı

ittihamlar səslənib. T.Abbaslı sabiq naziri hər yerdə hərəkatın adından

danışmaqda və həbsdən çıxan sabiq səhiyyə naziri Əli İnsanova "ağsaqqalım"

deməkdə ittiham edib. Nəticədə gərginlik daha da artıb və hər iki siyasətçi

əlbəayaxa dava həddinə çataraq, üz-üzə belə gəliblər. Üç saat davam edən

iclasda gərginlik sona qədər davam edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ