RU
İŞİD-də kütləvi edam
11:29
1106

İŞİD-də kütləvi edam

Bu günlərdə İŞİD terror təşkilatı 45 nəfəri diri-diri torpağa basdırıb.

7News.Az bildirir ki, əzabla öldürülənlər elə İŞİD-in digər üzvləridir. Məsələ burasındadır ki, həmin şəxslər döyüş bölgəsindən qaçıb və bu da qruplaşma rəhbərliyinin qəzəbinə səbəb olub. Onları fərari elan edən İŞİD rəhbərliyi digərlərinə dərs olsun deyə həmin döyüşçüləri Mosul yaxınlığında, hamının gözü qarşısında torpağa basdırıb. Ən qəribəsi budur ki, edam hökmünü onların döyüş yoldaşları həyata keçirib.

Qeyd edək ki, terrorçular arasında kütləvi edam halları nadir hadisə deyil. Sonuncu dəfə kütləvi edam bu ilin fevralında İŞİD-in fərari adlandırdığı 35 nəfərin güllələlnməsi ilə həyata keçirilmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ