İraqın Mosul şəhərində İŞİD-ə qarşı döyüşən İraq hərbçilərinin maraqlı görüntüsü yayılıb. Mosulu İŞİD-dən təmizləmək üçün başladılan əməliyyatlar çərçivəsində İraq polisləri, terrorçularla maraqlı bir üsulla döyüşüblər.
7News.az Milliyet-ə istinadən xəbər verir ki, yayılan görüntülərdə İraq polis qüvvələrinin əməkdaşlarının əllərindəki silahları kənara qoyub, sapandlarla İŞİD terrorçularına daş atdıqları əks olunub.
İraq polislərinin kiçik daşlarla İŞİD-çilərə zərər vermək istəyinin səbəbi isə bilinmir.
Ancaq terrorçulara qarşı yaxın məsafədə bu üsulla döyüşmək də insanları çaşbaş salıb.
7News.az










