İraqın baş naziri Heydər Əl-Abadi ordunun Fəllucə istiqamətində İŞİD silahlılarına qarşı apardığı hərbi əməliyyatların nəticələri haqda məlumat verib.
7News.az-ın məlumatına görə, O, bildirib ki, hökumət qüvvələri uğurlu əməliyatlar həyata keçirərək, Fəllucənin əsas məntəqələrinə daxil ola biliblər.
Bu şəhərdən çıxmaq üçün dinc insanlara təhlükəsizlik dəhlizi yaradılıb. Abadi qeyd edib ki, sakinlər sözügedən dəhlizdən istifadə etməklə şəhəri tərk etməlidirlər. Əks təqdirdə evlərindən çölə çıxmamalıdırlar. İŞİD-in ağır zərbələr qarşısında geri çəkildiyini deyən baş nazir, İraq-Oman magistral yolunun da qısa zamanda azad ediləcəyini bəyan edib.








