İŞİD terror qruplaşması sıralarına qaçqın uşaqların cəlb edilməsi üzrə işi aktivləşdirib.
Bu haqda keçmiş ekstremistlərdən ibarət və radikal ideyaların yayılması mənbələrinin üzə çıxarılmasına istiqamətlənmiş "Quilliam Foundation” təşkilatının məruzəsinə istinadən "The Independent” nəşri bildirib.
Uşaqları İŞİD-ə cəlb edənlər, bir qayda olaraq, qaçqınlar düşərgələrində ağır həyat şərtlərindən istifadə edir, yeni əsgərlər üçün tələ olaraq pul və qida məhsulları təklif edirlər. İŞİD-in "hərbi komissarları”nın ən yüksək fəallığı Livanda və İordaniyadakı düşərgələrdə özünü göstərir.
Məruzədə göstərilir ki, Avropaya qaçqınların göndərilməsi üzrə qeyri-leqal kanalların təşkilatçılarının İŞİD döyüşçüləri ilə sıx əlaqələri mövcuddur./publika.az
7news.Az








