İŞİD terror təşkilatının komandanlığı Suriyanın Rakka şəhərini tərk etməyə başlayıb.
7News.az xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndəsi, kapitan Ceff Devisə istinadən "Reuters” agentliyi bildirib.
"İŞİD-in komandirləri və məmurları Rakkanı tərk etməyə başladılar. Onlar öz hərbi əməliyyatlarını Fərat çayının aşağı hissəsinə keçirir. Beləliklə, onlar bu faktı qəbul etdilər ki, Rakkadakı varlıqları sona yaxınlaşır”, - Devis deyib.
Ancaq hərbiçi nə qədər İŞİD-çinin şəhəri tərk etdiyini və onların terror təşkilatında hansı vəzifələr tutduğunu dəqiqləşdirməyib.
Xatırladaq ki, İŞİD-in de-fakto paytaxtı sayılan Rakka şəhəri dünən Rusiya hərbi aviasiyası tərəfindən bombalanıb.
7News.az








