RU
İŞİD Rəqqadan qaçır
13:11
1628

İŞİD Rəqqadan qaçır

Suriya ordusu Hələbin mühasirəsini davam etdirir.

7News.az bildirir ki, silahlı müxalifətin əlində olan şəhəri geri almaq üçün şiddətli döyüşlər aparan hökumət qüvvələri şəhərin Anadan rayonunda daşı daş üstündə qoymayıb. Xan Əsil bölgəsinə endirilən aviazərbələr nəticəsində sonməlumatlara görə 7 nəfər həlak olub, 32 insan isə yaralanıb. Ölü və yaralılar arasında qadın və uşaqların olduğu bildirilir. Ordunun daha bir hədəfi isə İraq Şam İslam Dövləti terrorçularının paytaxt elan etdiyi Rəqqa şəhəridir. Terrorçulara yaxın internet agentliklərinin məlumatlarına görə, artıq silahlılar şəhərdən ailələrini köçürəməyə başlayıb. Hökumət qüvvələrinə kürd silahlıları və Rusiya aviasiyasının da dəstək verəcəyi bildirilir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ