RU
İŞİD silahlılarından
00:00
914

İŞİD silahlılarından "Real"a hücum

İŞİD terrorçuları İraqın paytaxtı Bağdadda fəaliyyət göstərən "Real"ın azarkeş mərkəzinə hücum edib.

7news.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

Bildirilib ki, hadisə bir qrup tərəfdarın mərkəzə toplaşaraq komandanın keçmiş oyunlarına baxdığı zaman baş verib.

İnsident zamanı məkanda 50-yə yaxın azarkeş olub. Hücum edənlərin sayı isə 3 nəfər olub. Terrorçular məkana daxil olaraq hər tərəfə yaylım atəşi açıblar.

Nəticədə, 14 nəfər ölüb, 20-yə yaxın insan isə yaralanıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ