RU
İşlədiyi fermadan oğurluq etməkdə şübhəli bilinən çoban saxlanılıb
22:30
725

İşlədiyi fermadan oğurluq etməkdə şübhəli bilinən çoban saxlanılıb

Samux Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini ona məxsus 28 baş xırda buynuzlu heyvanın naməlum şəraitdə oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Şükür Hüseynov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs fermerin iş rejimindən narazı oldğu üçün 28 baş xırda buynuzlu heyvanı oğurlayaraq Goranboy rayonuna aparması və satmasını etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ