RU
İsmayıllı sakini tanışının 8400 manatını oğurlayıb
14:40
256

İsmayıllı sakini tanışının 8400 manatını oğurlayıb

Bakıda avtomobildən xeyli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7NEWS.Az-a verilən xəbərə görə, Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbəsi ərazisində İsmayıllı rayon sakini Ruslan Teymurova məxsus "Toyota” markalı avtomobildən tanışına məxsus 8400 manat pulun oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğun həmin avtomobilin sahibi R.Teymurov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o, saxlanılıb.
Araşdırma aparılır.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ