RU
İspaniya Latviyaya 350 hərbçi və tanklar göndərəcək
01:40
225

İspaniya Latviyaya 350 hərbçi və tanklar göndərəcək

İspaniya Latviyaya 350 hərbçi, 6 ədəd "Leopard 2E" yeni tank və 10 ədəd "Pizarro" zirehli transportyor göndərəcək.

Bu hərbi kontingent Latviyada mayın ortalarında Kanadanın rəhbərliyi ilə keçiriləcək NATO təlimlərində təmsil olunacaq.  
 
Qeyd edək ki, NATO-nun 2016-cı ildə Varşavada keçirilmiş sammitində Latviya, Litva, Estoniya və Polşada, bu ölkələrin xahişi əsasında rotasiya əsasında çoxmillətli batalyonların yerləşdirilməsinə dair qərar qəbul olunub.   
 
Latviya 2004-cü ildən NATO-nun üzvüdür. /apa
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ