7NEWS.az xəbər verir ki, Cənubi Avropa ölkəsi İspaniyada leysan yağışları daşqınlara səbəb olub. Şərqdəki muxtar Valensiya bölgəsində 51 nəfərin həyatını itirdiyi açıqlanıb. Regional lider Karlos Mazon bəzi insanların əlçatmaz yerlərdə qapalı vəziyyətdə qaldığını bildirib. Malaqa yaxınlığında 300 sərnişini daşıyan qatar relsdən çıxıb. Baş nazir Pedro Sançez lazımsız səyahətlərdən çəkinməyə çağırıb.








