RU
İspaniyada meymunçiçəyinə yoluxanların sayı 220 nəfəri ötüb
10:50
122

İspaniyada meymunçiçəyinə yoluxanların sayı 220 nəfəri ötüb

İspaniya hakimiyyəti krallıqda azı 225 meymun çiçəyi virusuna yoluxma faktını təsdiqləyib.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

"III Karlos Sağlamlıq İnstitutu 225 yoluxma halını təsdiqlədi", - nazirlikdən bildirilib. Bundan əvvəl rəsmi qurumlar 198 yoluxma barədə məlumat veriblər.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edib ki, meymunçiçəyi əsasən, mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində, tropik meşələrinin yaxınlığında yayılan nadir xəstəlikdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ