RU
İspaniyanı etiraz aksiyaları bürüdü: 33 nəfər yaralandı
14:20
531

İspaniyanı etiraz aksiyaları bürüdü: 33 nəfər yaralandı

İspaniyada terroru tərifləmək və Kral Ailəsini təhqir etməkdə günahlandırılan reper Pablo Haselin ötən gün polis tərəfindən tutularaq həbsxanaya aparılmasına qarşı Kataloniyada başlayan etiraz aksiyaları bütün ölkədə yayılıb.

7News.Az xəbər verir ki, aksiyaya səbəb reper Pablo Haselin İspaniyada terroru tərifləmək və Kral Ailəsini təhqir etməkdə günahlandırılaraq polis tərəfindən tutularaq həbsxanaya aparılması olub. Ölkənin bəzi bölgələrində aksiya zamanı gərginlik yaşanarkən, xüsusilə də, Madrid və Barselonada polis etirazçıları dağıtmağa çalışıb.

Bildirək ki, ötən gün Kataloniyada aksiya nəticəsində 33 nəfər yaralanıb və 15 nəfər nəzarətə götürülüb. Plastik güllədən yaralanan bir gənc isə gözünü itirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ