7NEWS.az xəbər verir ki, İsrailin Livanın cənubundakı Hizbullah hədəflərinə qarşı çoxdan gözlənilən quru əməliyyatı başlayıb. Əməliyyat Şimal Oxları adlanırdı. ABŞ İsrailin əməliyyatla bağlı məlumat verdiyini açıqlayıb. İsrail Livan sərhədindəki 3 bölgəni hərbi zona elan edərkən, Beyrutun cənubunda yaşayan mülki vətəndaşların təxliyyə edilməsini istəyib. Digər tərəfdən Hizbullah hərbi bölgə elan edilən Metulada İsrail əsgərlərinə hücum edib. Yəmən husiləri də pilotsuz uçuş aparatları ilə Tel-Əviv və Eliatdakı İsrail hərbi nəzarət məntəqələrini hədəfə alıb.








