7NEWS.az xəbər verir ki, İsrail Ordusunun sözçüsü tərəfindən edilən yazılı açıqlamada İordan çayının qərb sahilində müxtəlif nöqtələrə basqınlar təşkil edildiyi bildirilib. Açıqlamada İordan çayının qərb sahilinin şimalındakı Burkin qəsəbəsinə basqın zamanı İsrail əsgərlərinin atəşə tutulduğu, bir əsgərin isə yüngül yaralandığı qeyd edilib. Əlindən yaralanan əsgərin xəstəxanaya aparıldığı bildirilib. Basqınlar zamanı 14 fələstinlinin nəzarətə alındığı, bəzi nöqtələrdə aparılan axtarışlar zamanı bəzi silah və sursatların ələ keçirildiyi bildirilib.
7NEWS.az








