7NEWS.az xəbər verir ki, İsrail küçələri yenidən girov ailələrinin və atəşkəs tələb edən israillilərin qəzəbi ilə doldu. İsrailli nümayişçilər baş nazir Benyamin Netanyahu hökumətinin istefasını və girovların dəyişdirilməsi sazişini tələb edərək bu həftə nümayişlərini davam etdiriblər. Küçələri dolduran nümayişçilər "Netanyahu, məhbusları azad et”, "Məsuliyyət sənsən, günahkarsan” kimi şüarlar səsləndirib. Baş nazir Netanyahu siyasi səbəblərə görə Qəzza zolağındakı israilli məhbusların geri qaytarılmasını nəzərdə tutan atəşkəs razılaşması ilə razılaşmamaqda ittiham olunur.








