RU
İsrail Livanda BMT Sülh Qüvvələrinin əsgərlərinə atəş açıb: 2 nəfər yaralanıb
11:02
60

İsrail Livanda BMT Sülh Qüvvələrinin əsgərlərinə atəş açıb: 2 nəfər yaralanıb


7NEWS.az xəbər verir ki, İsrail qüvvələri Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Qüvvələrinin (UNIFIL) Livandakı əsas bazasında yerləşən müşahidə qülləsini atəşə tutub. Hücum nəticəsində iki əsgər yaralanıb. İsrail ordusunun qəsdən atəş açaraq BMT-nin təhlükəsizlik kameralarını məhv etdiyini bildirən UNIFIL, "Sülhməramlılara qarşı hər hansı qəsdən hücum beynəlxalq humanitar hüququn və Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin kobud şəkildə pozulmasıdır" dedi. İtaliya isə UNIFIL missiyasına atəş açdığı üçün İsrailin müdafiə naziri Yoav Gallanta etiraz edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ