RU
İsrail ordusu HƏMAS-ın oktyabrın 7-dəki hücumu ilə bağlı daxili təhqiqata başlayacaq
15:50
24

İsrail ordusu HƏMAS-ın oktyabrın 7-dəki hücumu ilə bağlı daxili təhqiqata başlayacaq

İsrail Müdafiə Qüvvələri yaxın günlərdə HƏMAS hərəkatının oktyabrın 7-də törətdiyi hücum və sonrakı hərbi əməliyyatlarla bağlı daxili təhqiqata başlayacaq.

7News.Az İsrail KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Baş Qərargah rəisi Herçi Halevi deyib.

Onun sözlərinə görə, bu proses təxminən üç ay çəkəcək və ordunun bütün bölmələrinə şamil olunacaq: "Döyüş meydanındakı əməliyyat vəziyyəti hazırda belə bir təhqiqat keçirməyə imkan verir”.

Bununla bağlı araşdırmaların hərbi əməliyyatlar bitdikdən sonra başlanılması nəzərdə tutulurdu.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ