İsrail Suriyaya S-300 komplekslərinin göndərilməsindən məmnun deyil, ancaq o, qonşu ölkədə hərbi əməliyyatlardan imtina edə bilməz.
7News.Az TASS agentliyinə istinadla xəbər verir ki, bu fikirləri İsrailin "Kan” dövlət radiosuna müsahibəsində ölkənin müdafiə naziri Aviqdor Liberman deyib.
"Bizim S-300 komplekslərinin Suriyaya göndərilməsindən məmnun olduğumuzu deyə bilmərəm. İstənilən halda biz həyati vacib maraqlarımızı qorumaq və təhlükəsizlik səbəbindən üzəştə getməyəcəyik və əməliyyatlar davam etdiriləcək”, - Liberman bildirib.
7News.Az








