Covid-19 pandemiyası ilə mübarizədə uğurlu vaksinasiya prossesi həyata keçirən ölkələrdən biri də İsraildir.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, ötən gün ölkədə bir ilk yaşanıb. Belə ki, pandemiyanın hökm sürdüyü son 10 aydan bəri ilk dəfə ölkədə ölüm faktı qeydə alınmayıb.
Ümumilikdə isə bu günə qədər 6 min 346 İsrail vətəndaşı Covid-19-dan dünyasını dəyişib.
Ekpertlər ölüm faktının olmamasını, ölkə səhiyyəsinin müntəzəm və nizamlı işi sayəsində əldə edildiyini bildiriblər.








