İsrailin mərkəzində ödənişli yolda iki avtobus toqquşub.
Bu barədə " " kanalı məlumat yayıb.
Toqquşma zamanı azı 33 nəfər yaralanıb.
Zərərçəkənlərdən birinin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, bu, İsraildə son həftə ərzində ikinci ağır avtobus qəzasıdır. Sentyabrın 29-da ölkənin şimalında 89-cu magistralda avtobusla iki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, 30-dan çox adam yaralanıb./report
7NEWS.Az








