7NEWS.az xəbər verir ki, İsrail təhlükəsizlik qüvvələri 7 İsrail vətəndaşını İranın xeyrinə casusluq etdiklərini əsas gətirərək həbs edib. İddialara görə, beş israilli kişi və iki uşaq bu ayın əvvəlində İranın ballistik raketləri ilə vurulan hərbi bazaların fotolarını çəkiblər. İsrail polisi və Şin Bet, casusluq xidmətləri üçün yeddi şübhəliyə yüz minlərlə dollar kriptovalyuta ödənildiyini açıqladı. Polis sözçüsü bildirib ki, casusluq aktı İsrailin indiyədək üzləşdiyi ən təhlükəli vəziyyətlərdən biridir.








