RU
İsraildən Türkiyəylə bağlı - Şok qərar
17:38
487

İsraildən Türkiyəylə bağlı - Şok qərar

İsrail Türkiyə ilə diplomatik əlaqələri dayandırıb.

Qüdsdəki Əl-Əqsa məscidi ilə bağlı gərginliyin artması fonunda ölkə Türkiyədəki səfirliyini və konsulluğu bağlayıb.

İsrailin "NRG” xəbər portalının  siyasi mənbələrə istinadən verdiyi xəbərdə qeyd edilir ki, Xarici İşlər Nazirliyi  qabaqlayıcı tədbir kimi bu addımı atıb. 

Onu da qeyd edək ki, İsrail XİN-i hələlik rəsmi məlumat açıqlamayıb.

Xatırladaq ki,  14 iyulda  "Məscidi-Əqsa”da atışma çıxmış, 3 fələstinli və 2 İsrail polisi ölmüşdü. Bu hadisədən sonra Türkiyə İsrailə qarşı sərt çıxış etmişdi./qafqazinfo

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ