RU
İsrailin Azərbaycandakı səfiri qadınlara qarşı zorakılıqla bağlı müraciət yayımladı - VİDEO
16:30
254

İsrailin Azərbaycandakı səfiri qadınlara qarşı zorakılıqla bağlı müraciət yayımladı - VİDEO

İsrailin Azərbaycandakı səfirliyi gender əsaslı zorakılığa (GƏZ) qarşı 16 Günlük Fəallıq kampaniyasına start verilməsi ilə bağlı paylaşım edib.

Səfirliyin rəsmi "Twitter” səhifəsində ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik videomüraciəti yayımlanıb.

 

"Bu gün sizinlə müharibə barədə danışmaq istəyirəm. Mən gender əsaslı zorakılığa son qoymağı hədəf alan müharibədən bəhs edirəm. Bu müharibə dünya əhalisinin ən azı 50 faizinə birbaşa təsir edir”, - deyə qeyd edilib.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ