RU
İsrailin hərbi obyektlərinə raket zərbələri endirilib
14:30
20

İsrailin hərbi obyektlərinə raket zərbələri endirilib

Yəmən husiləri İsraildəki hərbi obyektlərə raket zərbələri endirib.

Bu barədə husilərin nümayəndəsi general Yəhya Sari "X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O qeyd edib ki, hücumda üç "Qüds-5” qanadlı raketindən istifadə olunub: "Raketlər hədəflərinə uğurla çatıb”.

Y.Sari vurğulayıb ki, İranın İsrailə zərbələr endirməsini dəstəkləyir.

General, həmçinin İsrailə qarşı birgə hərbi əməliyyatlara hazır olduğunu bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ