RU
İsrailin Hindistandakı səfirliyi yaxınlığında partlayış törədən şəxslər axtarılır
12:00
19

İsrailin Hindistandakı səfirliyi yaxınlığında partlayış törədən şəxslər axtarılır

Hindistanın paytaxtı Yeni Delhinin də daxil olduğu Delhi bölgəsinin polisi dekabrın 26-da İsrail səfirliyi yaxınlığında baş verən partlayışda şübhəli olan iki nəfəri axtarır.

Bu barədə "The Economic Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, səfirliyin binası yaxınlığında təhdid məktubu tapılıb.

Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanları diplomatik missiyanın ərazisində müşahidə kameralarının görüntülərini araşdırınb və diqqəti iki şübhəli şəxsə yönəldiblər.

Qeyd edilib ki, onların insidentdəki rolu hələ aydın deyil və həmin şəxslərin kimliyi müəyyənləşdirilir.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ