İsrailin müdafiə naziri Qallantın ABŞ səfəri təxirə salınıb: “Netanyahu onun getməsini istəməyib”
7NEWS.az xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Qallantın ABŞ-a səfəri sonrakı tarixə təxirə salınıb. İsrail mətbuatının yazdığına görə, baş nazir Netanyahu Gallantın ABŞ prezidenti Co Baydenlə görüşmədən Amerikaya getməsini istəmir.