RU
İstanbulda çökən binada ölənlərin sayı 5-ə yüksəlib
10:40
41

İstanbulda çökən binada ölənlərin sayı 5-ə yüksəlib

Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 5-ə yüksəlib. Bu barədə NTV məlumat yayıb. Qeyd olunub ki, dağıntılar altından daha 3 nəfərin meyiti çıxarılıb. Xatırladaq ki, dünən səhər saatlarında Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binası çöküb. Hadisə ilə əlaqədar binanın memarı və tikinti üzrə məsul şəxs saxlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ