RU
İsveç məhkəməsi edamlarda əli olan sabiq iranlı məmura ömürlük həbs cəzası verib
19:00
166

İsveç məhkəməsi edamlarda əli olan sabiq iranlı məmura ömürlük həbs cəzası verib

İsveç məhkəməsi iranlı sabiq prokuror köməkçisi Həmid Nurini ömürlük azadlıqdan məhrum edib.

7NEWS.Az xəbər verir ki, Həmid Nuri 2019-cu ilin noyabrında İsveç polisi tərəfindən Arland aeroportunda həbs olunub.
Onun 1988-ci ildə İranda minlərlə siyasi məhbusun kütləvi şəkildə edam edilməsində əli olduğu sübut olunub.

Qeyd edək ki, 1988-ci ilin iyul ayından sentyabr ayına qədər İran həbsxanalarında minlərlə siyasi məhbus edam olunub.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ