RU
İsveç prokurorluğu boru kəmərlərinin yaxınlığında partlayıcı maddə qalıqları aşkarlayıb
15:00
277

İsveç prokurorluğu boru kəmərlərinin yaxınlığında partlayıcı maddə qalıqları aşkarlayıb

"Şimal axını” və "Şimal axını-2" boru kəmərlərində törədilmiş partlayışlar təxribatın nəticəsidir.

7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveç Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, boru kəmərinin yaxınlığında partlayıcı qalıqları aşkar edilib.

Xatırladaq ki, bu il sentyabrın 26-da Rusiyanın Avropaya qaz ixrac etdiyi "Şimal axını" və "Şimal axını-2"də boru kəmərlərində partlayışlar baş verib.

Danimarka və İsveç hökumətləri hər iki kəmərdə sızmaların bir neçə yüz kiloqram trotil ekvivalentinə iki partlayış nəticəsində meydana gəldiyini bəyan etmişdilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ