İsveç hökuməti PKK terror təşkilatının Suriyada qanadı olan YPG-dən və onun siyasi qolu PYD-dən uzaqlaşır.
7NEWS.Az xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Tobias Billström İsveç radiosuna müsahibəsində deyib.
"Bu təşkilatlarla Aİ-nin terror siyahısında olan PKK arasında çox sıx əlaqə var ki, bu, bizim Türkiyə ilə münasibətlərimizə xələl gətirir. İsveç üçün bu təşkilatlarla məsafə saxlamaq vacibdir. Biz Türkiyə ilə yaxşı münasibətlər istəyirik", nazir vurğulayıb.
İsveçin Baş naziri Ulf Kristersson da ölkəsinin bu təşkilatlara siyasi əlaqəsinin Türkiyə ilə münasibətlərə xələl gətirdiyini deyib. O, "TV4 Nyhetsmorgon"a açıqlamasında: "PKK-ya bu qədər yaxın olan təşkilatlarla siyasi iş birliyimiz olmamalıdır", -deyə bildirib.
7NEWS.Az








