7NEWS.az xəbər verir ki, İsveçin Tvaaker kəndində yol işlərindən əvvəl aparılan arxeoloji tədqiqatlar zamanı 139 qəbirdən ibarət nəhəng vikinq qəbiristanlığı tapılıb. Kənd təsərrüfatı işləri nəticəsində itdiyi düşünülən qəbirlərdə insan və heyvan sümükləri, müxtəlif metal və keramika əşyaları aşkar edilib. Tədqiqatçılar qeyd edirlər ki, qəbiristanlıq Vikinq dövrü üçün mühüm ərazi olub.








