RU
İsveçrədə rəsmi olaraq prezident dəyişib
12:15
49

İsveçrədə rəsmi olaraq prezident dəyişib

İsveçrənin müdafiə, ictimai mühafizə və idman departamentinin rəhbəri Viola Amqerd bir il müddətinə ölkə prezidenti vəzifəsinin icrasına başlayıb.

7News.Az report-a istinadən xəbər verir ki, 61 yaşlı Amqerd İsveçrənin ilk qadın müdafiə naziri olub. O, 2023-cü ilə qədər vəzifədə olan Alen Bersetdən sonra prezident vəzifəsini icra edəcək.

Qeyd edək ki, İsveçrə prezidentinin real səlahiyyətləri yoxdur. Hər il yanvarın 1-də dəyişdirilir. Dövlət başçısı rotasiya əsasında Federal Şuranın (hökumətin) üzvlərindən birinə çevrilir.

Prezident ölkəni xaricdə təmsil edir, Federal Şuranın iclaslarına sədrlik edir və mübahisəli işlərdə vasitəçilik edir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ