İtaliyanın xarici işlər naziri Luici Di Mayo qida təhlükəsizliyi problemi həll edilmədiyi təqdirdə on minlərlə afrikalı miqrantın Avropada qalacağı ilə bağlı xəbərdarlıq edib.
7NEWS.Az bu barədə ANSA-ya istinadən xəbər verir.
"Ərzaq böhranı ilə bağlı Afrikadan Avropaya daha on minlərlə miqrant axıın edəcək. İnanıram ki, BMT-nin rəhbərlik etdiyi kollektiv fəaliyyətə ehtiyacımız var”, - Di Mayo bildirib.
Nazir əlavə edib ki, ərzaq təhlükəsizliyi Avropa ölkələri üçün problem deyil. Onun fikrincə, taxıl problemi Afrikada yeni çevrilişlərə, terror təşkilatlarının yayılmasına və miqrasiyaya səbəb ola bilər.
7NEWS.Az







