İtaliyada meşə yanğınları ilə mübarizə davam edərkən, alovlar nəticəsində ölənlərin sayı 4-ə yüksəlib. 98 yaşlı kişi evinin yaxınlığında baş verən yanğında ölüb.
7NEWS.az xəbər verir ki, İtaliyanın cənub bölgələrində bir çox məntəqələrdə baş verən meşə yanğınlarının birbaşa və dolayı təsiri nəticəsində 4 nəfərin həyatını itirdiyi bildirilib. Yanğınların ən çox zərər çəkdiyi yer olan Siciliya adasında irili-xırdalı 86 yanğınla mübarizə aparılır.
7NEWS.az








