RU
İtaliyaya məxsus təyyarə Kabildə atəşə tutulub
19:50
435

İtaliyaya məxsus təyyarə Kabildə atəşə tutulub

Kabil hava limanında jurnalistləri və mülki vətəndaşları təxliyə edən İtaliyaya məxsus C-130J hərbi təyyarəsi havaya qalxarkən atəşə tutulub.

7NEWS.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində xəsarət alan yoxdur.

"La Stampa” qəzeti təyyarənin göyərtəsində jurnalistlər və 98 Əfqanıstan vətəndaşı olduğunu qeyd edib.

7NEWS.Az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ