RU
`İtən təyyarədə azərbaycanlılar olmayıb`
10:36
1104

`İtən təyyarədə azərbaycanlılar olmayıb`

Aralıq dənizi üzərində uçuş zamanı radarlardan itən "EgyptAir" şirkətinə məxsus təyyarənin göyərtəsində Azərbaycan vətəndaşları olmayıb.

7News.Az xəbər verir ki, bu barədə "EgyptAir" şirkətinin rəsmi “Twitter” səhifəsində məlumat yerləşdirilib. 

Məlumata əsasən, təyyarənin göyərtəsində 30 Misir, 15 Fransa, 2 İraq və Böyük Britaniya, Belçika, Küveyt, Səudiyyə Ərəbistanı, Sudan, Çad, Portuqaliya, Əlcəzair və Kanadanın hər birinin 1 vətəndaşı olub.

Xatırladaq ki, Misirin "EgyptAir" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Parisdən Qahirəyə uçuş həyata keçirən zaman radar ekranlarından itib. Təyyarənin göyərtəsində 66 sərnişin və ekipaj üzvləri olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ