İtkin düşən 12 yaşlı Amil görün haradan tapıldı: "İslam oyunlarını izləmək üçün..." - FOTO
Mayın 12-də Bakıda itkin düşən 12 yaşlı uşaq tapılıb.
7News.az xəbər verir ki, bu haqda itkin düşən 2005-ci il təvəllüdlü Dadaşov Amil Zaur oğlunun yaxınları məlumat verib. Onlar bildirib ki, Amil Nardarandan tapılıb:
"Hamıya təşəkkür edirəm. Amil tapıldı, sən demə, o, 5 gün paytaxtda stadionlarda qalırmış. Uşağın məqsədi isə IV İslam Oyunlarını izləmək olub. Buna görə də dərslərə getməyib, stadionlarda yarışları izləyib".