RU
İtkin düşmüş MMA döyüşçüsünün meyitinin qalıqları tapılıb
03:00
1009

İtkin düşmüş MMA döyüşçüsünün meyitinin qalıqları tapılıb

ABŞ-da 2 ilə yaxındır itkin düşmüş MMA döyüşçüsü Devid Keniqin cəsədi Missuri ştatındakı meşədən tapılıb.

İdmançının meyitinin qalıqlarını maral buynuzu axtarmaq üçün həmin əraziyə gedən vətəndaşlardan biri aşkarlayıb.

Hadisə yerinə baxış keçirən polislər oradakı şəxsi əşyalara əsasən, cəsədin 25 yaşlı döyüşçüyə aid olduğunu müəyyənləşdiriblər. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, meyitin üzərində zorakılıq əlamətlərinə rast gəlinməyib.

Qeyd edək ki, Devid Keniq 2020-ci ilin martında itkin düşmüşdü./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ