Bakıda daha bir nəfər dənizdə batıb.
7news.Az lent.az-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Əzizov Cavid Əziz oğlu Sabunçu rayonu Kürdəxanı qəsəbəsindəki çimərlikdə suda batıb.
Qeyd edək ki, Cavid Əzizov tanınmış teleaparıcı, İTV-nin əməkdaşı, Dövlət Bayraq Meydanının keçmiş mətbuat katibi Hüseyn Azərinin qardaşıdır.
Faktla bağlı araşdırma aparılır.

7news.Az








