RU
Çiyələklərdən iynə çıxır - Səhiyyə Nazirliyi KÖMƏK İSTƏDİ - VİDEO - FOTO
14:10
369

Çiyələklərdən iynə çıxır - Səhiyyə Nazirliyi KÖMƏK İSTƏDİ - VİDEO - FOTO

Avstraliyada çiyələklərin içindən iynə çıxması böyük narahatlığa səbəb olub.

7News.Az Haberler-ə istinadən xəbər verir ki, son zamanlar çiyələklərin içindən iynələrin çıxmağa başladığı Avstraliyada şübhəlilərin yaxalanmasına kömək edənlərə 100 min Avstraliya dolları (təxminən 150 min dollar) ödənəcək.
 
Səhiyyə Nazirliyi bu cəhdi "çox pis niyyətli cinayət" olaraq dəyərləndirərkən, şübhəlilərin tapılması üçün hər cür dəstəyi mükafatlandıracaqlarını bildirib.

Şikayətlərin birincisi keçən həftə Queenslanddə super marketdən aldığı çiyələkləri yedikdən sonra mədə ağrısı ilə xəstəxanaya çatdırılan şəxslə başlayıb.

Xəstəxanaya çatdırılanların sayı artınca Queenslanddəki bütün super marketlər çiyələk satışlarını saxlayıb. Artıq Queenslandinn ardınca Viktorya və Yeni Cənubi Uels ərazilərində də bənzər hadisələr təkrarlanmağa başlayıb.

 

Polis olayla bağlı araşdırmaya başlayıb.

7News.Az

Çiyələklərdən iynə çıxır

Çiyələklərdən iynə çıxır - Səhiyyə Nazirliyi KÖMƏK İSTƏDİ - VİDEO - FOTO

Çiyələklərdən iynə çıxır - Səhiyyə Nazirliyi KÖMƏK İSTƏDİ - VİDEO - FOTO

Çiyələklərdən iynə çıxır - Səhiyyə Nazirliyi KÖMƏK İSTƏDİ - VİDEO - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ