RU
İyul ayında neçə nəfəri gün vurub?
13:40
366

İyul ayında neçə nəfəri gün vurub?

İyulun birindən bu günə kimi Bakı Şəhər Təcili Tibbi Yardım Xidmətinə günvurma diaqnozu ilə bağlı müraciət edənlərin sayı 93 nəfər olub.

Bunu 7news.Az-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

Onun sözlərinə görə, həmin şəxslərə tibbi yardım göstərilib:

"Günvurma şikayəti ilə müraciət edən şəxslərdən 34 nəfərə ambulator yardım göstərilib. 59 nəfər isə orta dərəcəli günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Müraciət edən 93 nəfərdən 57-si kişi, 29-u qadın və yeddisi azyaşlı olub”.

Rauf Nağıyev qeyd edib ki, müraciət edənlər arasında həyati təhlükəsi olan olmayıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ