RU
İyunun 14-də keçirilən magistratura imtahanının nəticələri elan olundu
15:50
33

İyunun 14-də keçirilən magistratura imtahanının nəticələri elan olundu

Magistraturaya qəbul imtahanının ilkin nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, iyunun 14-də keçirilmiş magistraturaya qəbul imtahanında istifadə olunan 95 tapşırıq üzrə nəticələr artıq elan olunub.

Bakalavrlar imtahan nəticələri ilə DİM-in rəsmi internet səhifəsində tanış ola bilərlər. Həmçinin mobil operatorlar vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərərək nəticələrini öyrənmək mümkündür.

Qeyd olunub ki, yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqlarının yoxlanılmasından sonra, təxminən 4 həftə ərzində təqdim ediləcək.

İştirakçılar qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə maksimum 95, esse tapşırığı üzrə isə 5 bal olmaqla ümumilikdə 100 bal toplaya bilərlər.

Nəticələrlə bağlı apellyasiya müraciətlərinin qəbulu isə yekun imtahan balları elan edildikdən sonra həyata keçiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ