RU
İzmirdə atışma olub, yaralananlar var
10:20
92

İzmirdə atışma olub, yaralananlar var

Türkiyənin İzmir şəhərinin Karabağlar rayonunda avtomobilə baxış keçirməyə gələn polisə atəş açılıb.

7News.Az İHA-ya istinadən xəbər verir ki, polisin cavab atəşi ilə silahlı atışmaya çevrilən olayda 1-i polis olmaqla 2 nəfər yaralanıb.

Məlumata görə, avtomobillə hadisə yerindən qaçan şübhəlilər yaralanan şəxsi xəstəxanaya çatdırıblar. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hüquq-mühafizə orqanının əməkdaşı isə ayağından yaralanıb.

Hadisədən sonra çox sayda şəxsin saxlanıldığı qeyd olunub.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ