RU
Jirinovski Baydenə
22:53
2750

Jirinovski Baydenə "rəzil oğuldan imtina etməyi" tövsiyə etdi

LDPR partiyasının lideri Vladimir Jirinovski Telegram kanalında Amerika prezidenti Cozef Baydenin oğlunun kitabının yayımlanmasına münasibət bildirib. 

7NEWS.az xəbər verir ki, təqdimatın 6 aprel tarixində keçirilməsi planlaşdırılır. Kitab Hanter Baydenin memuarlarından ibarətdir.

Kitabın təqdimatı ilə bağlı press-relizdə deyilir ki, prezidentin oğlu, nüfuzlu atasının adı sayəsində işə düzəldiyi Ukraynanın "Borisma” firmasından maaş aldığını açıq şəkildə yazır. O, gəlirini alkoqol və narkotikə xərcləyib. Jirinovski indi oğul Baydenin həyatının atasını vuracaq bütün bu qalmaqallı detalları haqqında kitabdan pul qazanacağını hesab edir.

"Bu, əlbəttə ki, rəzillikdir. Mən Cozef Baydenə belə əclaf oğuldan imtina etməsini, onu ev dustağına oturtmasını və bu kitabın nəşrini qadağan etməsini tövsiyə edərdim", - siyasətçi yazıb. Onun fikrincə, bu, ata Baydenin bu vəziyyətdə nüfuzunu qoruyub saxlaya biləcəyi yeganə yoldur. 

"Əks təqdirdə, Hanter onun ölümünə səbəb olacaq. Valideynlərindən hər şeyi alan uşaqlar bunu edir, sonra da onları məhv eləyirlər. Bu, çox böyük rəzalət və iyrəncdir", - Vladimir Jirinovski deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ